Azərbaycanda yanacaqdoldurma məntəqələrində ilk dəfə olaraq yenilik.
“LUKOIL-Azərbaycan” QSC-nin müştəriləri istənilən YDM-də öz smartfonlarından istifadə etməklə Apple Pay-ilə ödənişi rahat, təhlükəsiz, həm də təmassız həyata keçirə bilərlər.
Yeni tətbiq edilən üsulun əsas mahiyyəti, müştərilərə operativ və rahat xidmət göstərməkdir.