Türkiyə Rusiya ilə bir çox aktual məsələlər, o cümlədən Suriya, Liviya və Qarabağdakı vəziyyətlə bağlı fəal təmasdadır. Mövqelərdə fikir ayrılıqları var, lakin tərəflər konstruktiv dialoqun tərəfdarıdır. “Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Cənubi Qafqazdakı vəziyyətə toxunan M.Çavuşoğlu qeyd edib ki, bu regionda dəyişikliklərin baş verəcəyinə ümid yaranıb. “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə region uzunmüddətli sülh üçün tarixi şans əldə edib”, - deyə nazir bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Ankara İrəvanla münasibətlərin normallaşdırılması prosesinə hazırdır.*