Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Memorandum tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulmasını, rəqəmsal ödənişlər və fintex ekosistemində birgə konfransların təşkilini, rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi üzrə koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur”, - deyə ABA-dan bildiriblər.*
R.Əhmədov