“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Autouniversal” MMC-dən kiçik həcmli yüklərin daşınması üçün istifadə olunan universal tipli avtomobillər satın alır.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, şirkətlə 1 milyon 647 min manat məbləğində müvafiq müqavilə bağlanıb.
Müqavilə 60 ədəd universal tipli avtomobilin satın alınmasını nəzərdə tutur.*
N.Abbasova