Azərbaycan hökuməti 2023-2025-ci illərdə ÜDM-in orta illik artım tempini 4%-dən yuxarı səviyyədə proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi hökumətin proqnozlarına istinadən xəbər verir ki, 2023-cü ildə ÜDM-in artımı 5,1%, 2024-cü ildə 4%, 2025-ci ildə 3% təşkil edəcək.
Bu proqnozlar neftin bir barelinin orta qiyməti $50-dan hesablanmaqla tərtib edilib.
2023-2025-ci illərdə qeyri-neft sektorunun orta illik artım tempi 5,1%, 2023-cü ildə 5,2%, 2024-cü ildə 5,3%, 2025-ci ildə 4,9% səviyyəsində proqnozlaşdırılır.
2023-cü ildə neft sektorunda artım 4,8%, 2024-cü ildə 0,9% səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, 2025-ci ildə neft sektorunda azalma 1,5% təşkil edəcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 5,1%, 2022-ci ildə 3,9% səviyyəsində gözləyir.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3% azalıb.*
A.Əzizov