Azərbaycan hökuməti 2022-ci ildə qızıl istehsalını 4 min 823 kq səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi hökumətin proqnozlarına istinadən xəbər verir ki, 2023-cü ildə ölkədə qızıl istehsalı 5 min 926,4 kq-a, 2024-cü ildə 7 min 247,4 kq-a, 2025-ci ildə 7 min 778,5 kq-a qədər artacaq.
Beləliklə, 2022-2025-ci illərdə Azərbaycanda qızıl hasilatı 61,4% artacaq.
Hökumət 2021-ci il üçün qızıl istehsalı üzrə göstəriciləri açıqlamır.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycanda 3 min 571,2 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin göstəricisindən 3,8% azdır.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı iki şirkət – “Anglo Asian Mining PLC” və “AzerGold” şirkətləri tərəfindən həyata keçirilir.*
N.Abbasova