“Azərbaycan Hava Yolları” (AZAL) QSC noyabrın 25-dən etibarən Bakı-Ciddə-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
Uçuşlar həftədə bir dəfə, cümə axşamı günləri yerinə yetirəcək.
Aviabilet satışı aviaşirkətin “www.azal.az” rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testini dövlət tərəfindən akkreditə olunmuş və PCR testi vasitəsilə analiz götürən istənilən klinikada və ya laboratoriyada keçmək mümkündür. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə olunur. QR-kod hava limanında rəsmiləşdirmə prosedurlarından keçidi sürətləndirməyə imkan yaradacaq.
COVID-19 testinin nəticələri uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.*
E.Şəfiyev