Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında protokol imzalanıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Sənəd noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qo Minin görüşündə imzalanıb.
Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq protokol imzalanıb.*
A.Salayeva