Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təbii yaşayış mühitinin bərpasına sadiqdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması günü münasibətilə “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir.
“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təbii yaşayış mühitinin bərpasına sadiqdir və Ermənistanın qanunsuz işğalı zamanı vurduğu böyük ziyandan narahatdır. Ermənistan regionda həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir”, - deyə paylaşımda bildirilir.*
A.Salayeva