Azərbaycanda 5 milyona yaxın şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Noyabrın 6-na olan məlumata görə, 4 milyon 992 min 534 nəfər birinci, 4 milyon 426 min 631 nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 9 milyon 884 min 608 təşkil edir.
2021-ci il sentyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 081 nəfərdir. Beləliklə, noyabrın 6-na əhalinin 43,6%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
A.Salayeva