Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub”, - deyə məlumatda bildirilir.
“Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.*
A.Salayeva