Azərbaycan hökuməti 2022-ci ildə ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı layihələrə 1,6 milyard manat ($941,2 milyon) məbləğində vəsait ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2022-ci ilin dövlət büdcəsinin əsaslı xərclərindən qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 1,6 milyard manat məbləğində vəsait nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Bütövlükdə, 2022-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinin maliyyələşdirilməsi üçün təqribən 4,5 milyard manat ($2,6 milyarddan çox) məbləğində vəsait nəzərdə tutulub.*
A.Salayeva