Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş tədbirlər keçirə bilərlər. Bu barədə “Rossiya-1” telekanalı xəbər verib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qrafikində Qarabağda dəhşətli müharibəni dayandırmağa imkan vermiş tarixi üçtərəfli sənədin imzalanmasının ildönümü ilə əlaqədar tədbirlərin planlaşdırıldığını ehtimal etmək olar”, - deyə Vesti.ru saytında qeyd olunur.
Məlumatlı mənbələr “İnterfaks”a bildiriblər ki, üç ölkə rəhbərlərinin videokonfrans formatında görüşü gələn həftənin əvvəlinə nəzərdə tutulub.*