Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Şuşa şəhərində Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan liderinin saytındakı məlumata görə, Akar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdı.
“Öz növbəsində, Əliyev Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirdi. Bu yaxınlarda Türkiyə prezidentinin Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd etdi”, - məlumatda vurğulanır.
Azərbaycan prezidenti Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha yüksək səviyyəyə qaldırıldığını vurğuladı.
“Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur. **
N.Abbasova