Azərbaycanda koronavirus infeksiyasına 1,31 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 548,591 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2631 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər (ötən gün 28 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7293 nəfərə çatıb.
Virusa yoluxmuş 509,201 min nəfər (sutka ərzində +1445) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 32 min 97 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 34 (ötən gün 12 min 637 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 292 min 250 test aparılıb.**
N.Abbasova