RF XİN başçısı Sergey Lavrov telefon danışığı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ikitərəfli, regional və beynəlxalq gündəliyi müzakirə edib. Bu barədə RF XİN-dən məlumat verlir.
Qeyd olunur ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-cui il tarixli Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasına dair üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.
O cümlədən, Lavrov və Mirzoyan “Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin aktual məsələləri, regional və beynəlxalq problemlərin ayrı-ayrı aspektlərinə” toxunublar. **