RF XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı zamanı ikitərəfli və beyəlxalq gündəliyi müzakirə edib. Bu barədə RF XİN-dən məlumat verilir.
Məlumatda qeyd olunur ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-cui il tarixli Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasına dair üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.
O cümlədən, RF və Azərbaycan XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələləri və regional gündəliyi müzakirə ediblər. **