Türkiyənin milli müdafiə naziri Hulusi Akar hesab edir ki, Azərbaycan və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin heç bir ölkəyə zərəri yoxdur.
“Bu nəqliyyat marşrutunun heç bir ölkəyə zərəri yoxdur”, - deyə o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
H.Akarın sözlərinə görə, region ölkələrinin, yəni Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranın sıx qarşılıqlı fəaliyyəti regional inkişafa ən yaxşı töhfə ola bilər.
Onun sözlərinə görə, İrəvan tarixi şansdan faydalanmalı və Bakının sülh çağırışlarına cavab verməlidir. “İki xalq bu məsələ ilə bağlı dialoq aparmalıdır. Bu prosesi dəstəkləmək lazımdır. Əməkdaşlıq rifahın yüksəlməsinə səbəb olacaq və bu proses sadəcə Azərbaycanla məhdudlaşmayacaq. Bütün region ölkələri müsbət təsiri hiss edəcək”, - deyə türkiyəli nazir vurğulayıb.*
B.Rüstəmbəyov