Azərbaycanda koronavirus infeksiyasına 1,855 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 550 min 446-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1,31 min yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 320 nəfərə çatıb.
Virusa yoluxmuş 511 min 400 nəfər (sutka ərzində +2 min 199) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 726 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 2 (ötən gün 8 min 34 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 301 min 257 test aparılıb.*
B.Rüstəmbəyov