Noyabrın 12-də Parisdə Fransa və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin görüşü keçiriləcək. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Liviya üzrə beynəlxalq konfrans çərçivəsində Fransanın xarici işlər və müdafiə nazirləri noyabrın 12-də Parisdə rusiyalı həmkarlarını - nazirlər Sergey Lavrovu və Sergey Şoyqunu qəbul edəcəklər”, - deyə məlumatda bildirilir.
Müzakirə olunması planlaşdırılan mövzular arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində birgə fəaliyyət məsələsi də yer alır.*
A.Əzizov