"Azərenerji” ASC 110/35/10 kV-luq “Laçın (Qorçu)” yarımstansiyasının tikintisi və istismara verilməsi üçün podratçı seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
İştirak haqqı - 2 min manat təşkil edir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, yarımstansiyanın tikinti işlərinin dəyəri $3 milyondan çoxdur.
İddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların və yarımstansiyaların tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədləri olmalıdır. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 milyon manatdan yuxarı olmasına dair təsdiqedici sənədlər təqdim olunmalıdıır.
Həmçinin, iddiaçı şirkətin elektrik stansiyaların və yarımstansiyaların tikinti işləri üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədləri olmalıdır.İddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədləri də olmalıdır.
Tender təklifləri 21 dekabr saat 15:00-dək qəbul olunur.
İddiaçıların tender təklifləri 22 dekabr 2021-ci il saat 15:00-da açılacaq. **
B.Rüstəmbəyov