Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ümid edir ki, 2021-ci ilin avqust ayında Türkiyədə meydana gələn meşə yanğınları səbəbindən təxirə salınan Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin sammiti tezliklə keçiriləcək.
“Hazırda Türkmənistan, Azərbaycan və Türkiyə arasında, bu dövlətlərin rəhbərləri arasında münasibətlərin səviyyəsi üçtərəfli əməkdaşlığı siyasi, iqtisadi, ticari və humanitar istiqamətlərdə daha əmin və səmərəli inkişaf etdirməyə və təkmilləşdirməyə imkan yaradır”, - Berdiməhəmmədov Türkiyənin «TRT World» telekanalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Berdiməhəmmədov vurğulayıb ki, keçiriləcək görüşdə ilk növbədə söhbət enerji, nəqliyyat və kommunikasiyalar kimi strateji istiqamətlərdən gedəcək. O qeyd edib ki, Əfqanıstan-Türkmənistan-Azərbayan-Gürcüstan marşrutu ilə layihənin böyük gələcəyini görür.
“Üç dövlətin potensialının birləşdirilməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlaradan istifadə nəinki milli qitisadiyyatın inkişafına güclü təkan verəcək, həm də geoiqtisadi struktura töhfəyə çevrilə bilmək iqtidarında olmasının təsdiqidir, bütün Avrasiya məkanında yeni yaradıcı məna verə və prerspektivlər aça bilər”, - Türkmənistan lideri bəyan edib. **
E.Şəfiyev