Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.
“Əliyev və Bləkmən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyini qeyd ediblər”, - dövlət başçısının saytında məlumat verilir.
Tərəflər enerji sahəsində səmərəli əlaqələrə toxunaraq BP şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyini vurğuladılar.
“Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edildi və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev