2022-ci ildə Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 102 milyon manata qədər artacaq. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Gələn il Fondun nizamnamə kapitalı 22 milyon manat və ya 27,5% - 80 milyon manatdan 102 milyon manatadək artacaq”, - Şərifov çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, nizamnamə kapitalının artırılması büdcədən tələbə kreditlərinə ayrılan vəsait hesabına baş verəcək.
Azərbaycan prezidenti İlham Əliyev 17 iyun 2021-ci il tarixində Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsiilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fond tələbələrə təhsil kreditlərinin verilməsi ilə məşğul olacaq.
Təhsil tələbə kreditinin məbləği təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır. **
X.Nəsirzadə