2021-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində 500 milyon manat məbləğində vəsaitə qənaət edib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan edib.
Həmçinin, nazir qeyd edib ki, xərclərin optimallaşdırılması üzrə həyata keçirilən iş nəticəsində 2018-ci ildə 25 milyon manat, 2019-cu ildə - 133 milyon manat, 2020-ci ildə - 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. **
B.Rüstəmbəyov