Bakı Şuşa şəhərinin (Azərbaycanın mədəniyyət paytaxtı) UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi ilə bağlı namizədlik sənədini UNESCO Katibliyinə təqdim edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat verir.
Hazırda şəbəkə 90 ölkədən 295 şəhəri əhatə edir. Həmçinin, 2021-ci ilin noyabr ayında UNESCO bu şəbəkəyə 49 şəhərin daxil edilməsi haqqında qərar qəbul edib. Həmin şəhərlər arasında “qastronomiya” tematikası üzrə siyahıya salınan Lənkəran şəhəri də yer alıb.
Mədəniyyət Nazirliyi vurğulayır ki, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.
“Yaradıcı şəhərlər şəbəkəsi” proqramı mədəniyyət və incəsənət sahəsində şəhərlərin intellektual əməkdaşlığının təşviqinə yönəlib. **
E.Şəfiyev