Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-okntyabr aylarında dövlət büdcəsinə 3 milyard 560 milyon 302,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-oktyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 269 milyon 642,3 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 8,9% artıb.
2021-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 417 milyon 930,2 min manat (artım 5,2%), aksizlər üzrə 132 milyon 298,2 min manat (artım 16,6%), yol vergisi üzrə 35 milyon 721,7 min manat (artım 14,8%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 974 milyon 352,7 min manat (artım 18%) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.**
B.Rüstəmbəyov