2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnoz göstəricini 1,5 milyard manat ötəcək. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
Şərifovun sözlərinə görə, bu məbləğdən əlavə olaraq 1,2 milyard manat Dövlət Vergi Xidmətinin xətti ilə, 200 milyon manat – Dövlət Gömrük Komitəsinin xətti ilə və 100 milyon manat digər təçkilatların xətti ilə təmin olunacaq.
Dövlət büdcəsinin əlavə gəlirlərinin amillərindən biri neftin yüksək qiymətidir. “2021-ci ilin 9 ayı ərzində neftin orta qiyməti bizim dövlət büdcəsində götürdüyümüz qiymətdən (bir barel $40) $28 çoxdur”, - Şərifov əlavə eib.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, 2021-ci ilin yekunları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 25 milyard 427 milyon manat göstərici halında 26 milyard 986 milyon manat təşkil edəcək. **
B.Rüstəmbəyov