Azərbaycan hökuməti 2022-2026-cı illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının icrası üçün sərmayələrin həcmini 20 milyard manat, ÜDM-in ortaillik artım tempini 3,9% səviyyəsində qiymətləndirir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“2022-2026-cı illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının icrası üçün tələb olunan vəsaitin həcmi (işğaldan azal olan ərazilərin maliyyələşməsi istisna olmaqla) 20 milyard manat təşkil edir. Bunun 10,8 milyard manatın dövlət büdcəsindən ayrılması planlaşdırılır», - Cabbarov çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatının bütün fəaliyyət istiqamətlərində strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək islahatlar və tədbirlər müəyyən olunub.
“Strategiya layihəsinin uğurla həyata keçirildiyi təqdirdə, ölkədə 2022-2026-cı illərdə ÜDM-in ortaillik artım tempinin 3,9%, qeyri-neft ÜDM-in isə 5% səviyyəsində formalaşacağı gözlənilir”, - Cabbarov vurğulayıb. **
X.Nəsirzadə