Azərbaycan hökuməti 2022-ci ildə əhalinin özünüməşğulluq proqramı üzrə tədbirlərin maliyyələşdiriməsinə 76,1 milyon manat yönəltməyi planlaşdırır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan edib.
“2022-ci ildə əhalinin özünüməşğulluq tədbirlərinə 76,1 milyon manat yönəldiləcək, bu da cari ilin göstəricisindən 7,5 milyon manat çoxdur”, - Babayev çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu vəsait İşsizlikdənSığorta Fondunun büdcəsindən ayrılacaq.
Babayev əlavə edib ki, 2022-ci ildə 16,5 min ailənin özünüməşğuılluq proqramına cəlb olunması planlaşdırılır. **
B.Rüstəmbəyov