türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılmasını təsdiq edib. Bu barədə çərşənbə günü Anadolu agentliyi məlumat verir.
“Parlament Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardıma dair Sazişin müddəalarına əsasən, Azərbaycana əsgər göndərmək üçün səlahiyyətlərin müddətini daha bir il uzadıb”, - agentliyin məlumatında deyilir.
Bununla da mandat 17 noyabr 2022-ci ilədək uzadılıb.
2020-ci il noyabrın 17-də Türkiyə parlamenti Türkiyə hərbçilərinin Azərbaycana göndərmək üçün bir il müddətinə səlahiyyət verib. **