2021-ci il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları manat ilə pul bazasını (M2 pul aqreqatı)
4 dəfə ötür. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
AMB-nin məlumatına görə, 2021-ci il oktyabrın 1-nə M2 pul aqreqatı 22,4 milyard manata bərabərdir. Beləliklə, Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard manata yaxın həcmdə qiymətləndirilir.
“Bütövlükdə, ölkənin valyuta ehtiyatları Azərbaycana 41 aylıq mal və xidmətər idxalını ödəmək üçün kifayətdir və ölkənin ÜDM-in 100%-dən çox ekvivalentdir”, - bankdan vurğulanıb. **
R.Əhmədov