Hesablama Palatası 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət kapital qoyuluşlarının mənimsənilməsinin aşağı səviyyəsini qeyd edir.
“Əfsuslar olsun ki, 2021-ci ilin 9 ayı ərzində dövlət kapital qoyuluşları çərşivəsində vəsaitlərin mənimsənilməsi göstəricisi 51,5% təşkil edib və ötən illərin göstəricilərindən fərqlənmir. Bununla əlaqədar, dövlət kapital qoyuluşları çərçivəsində xərclərə dair mexanizmlərin reallaşdırılması üzrə praktiki addımların vacibliyini qeyd etmək lazımdır”, - Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib.
Onun sözlərinə görə, həmçinin keçid layihələrinə dair bəzi məsələlər var. “2022-ci ildə bu cür layihələrin sayı 207 təşkil edəcək. Lakin, etiraf etməliyəm ki, yeni ildə bu cür layihələr üçün vəsaitin həcmi ötən il olduğundan daha çox olur. Buna görə bu məsələnin həllində də tədbirlər görmək vacibdir”, - o əlavə edib.
Gülməmmədov özəl sərmayələrin tədricən dövlət sərmayələrini əvəz edəcək şərtlərə keçidin təminatı üçün qanunvericiliyin təkmilləşdirilməsini zəruri hesab edir. **
X.Nəsirzadə