Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın cənubundan İran istiqamətində avtomobil yolunda Azərbaycanın gömrük və sərhəd nəzarət məntəqələri yerləşdirilməsinə dair məlumatı təsdiq edib.
“Bu məntəqələr Ermənistan ərazisində yerləşdirilməyib. Sual yaranır: Ermənistan vətəndaşları barəsindəı gömrük və sərhəd nəzarətinin həata keçirilməməsinə dair razılığa gəlmək mümkün olub? Cavab – bəli, bu mümkün idi, lakin bunun dəyəri dəhlizlər məntiqi olardı, bu isə bizim üçün qəbuledilməzdir. Yollar eksterritoriallıq konteksti olmadan açılmalıdır”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və tezliklə konkret qərarlara nail olmağa ümid edir.
O, həmçinin bəyan edib ki, Ermənistan və İran vətəndaşları ötən həftə istifadəyə verilən yeni avtomobil yolundan istifadə edə bilərlər. “Bu keyfiyyətli yoldur və əlbəttə ki, İrana və geriyə böyük yük avtomobillərinin rahat hərəkəti üçün modernləşməyə ehtiyacı var. Beləliklə, Azərbaycan hökumətinin gömrük və sərhəd nəzarət-keçid məntəqələrinin yerləşdiriməsinə dair qərarı İranın yükdaşıcıları üçün heç nəyi dəyişmir, onlar alternativ yoldan istifadə edə bilərlər”, - baş nazir bildirib. **