Türkiyə türkdilli dövlətlərin əməkdaşlığı yolunda bütün əngəllərin aradan qaldırılmasının tərəfdarıdır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Türkiyə diplomatiyasının rəhbəri cümə axşamı İstanbulda
Türkdilli Dövlətlərin ƏməkdaşlıqŞurasına(Türk Şurası) üzvölkələrinxarici işlər nazirlərininVIII iclasında Azərbaycanı 44 günlük İkinci Qarabağ müharibəsində qələbə münasibətilə bir daha təbrik edib və Bakının qurumda sədrliyinin nəticələri ilə əlaqədar məmnunluq ifadə edib.
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi regionumuzda uzunmüddətli sülhə və sabitliyə yol açıb”, - Anadolu agentliyi Çavuşoğıunun sözlərindən sitat gətirir.
Bundan əlavə, sammitdə qurumun adının Türk Dövlətləri Təşkilatı ilə əvəz edilməsi planlaşdırılır.
O cümlədən, Türk Şurası Ağsaqqallar Şurasının nizamnaməsi yenilənəcək, o cümlədən, Konsepsiya-2040 təsdiq olunacaq.
Həmçinin, Türkiyə XİN başçısı təşkilata üzv dövvlətlərin iqtisadi əməkdaşlığı yolunda maneələrin aradan götürülməsinin əhəmiyyətini qeyd edib. **
N.Abbasova