1 iyul 2021-ci il tarixində vergi ödəyiciləri tərəfindən Azərbaycan dövlət büdcəsinə artıq ödəmələrin həcmi 2 milyard 120,8 milyon manat təşkil edib, bu da 2020-ci il iyunun sonuna olan göstəricidən 15,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Hesabalama Palatasından məlumat verilib.
2020-ci ilin sonuna vergi ödəyiciləri tərəfindən Azərbaycan dövlət büdcəsinə artıq ödəmələrin həcmi 1 milyard 807,3 milyon manat həcmində qiymətləndirilir. Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında onların həcmi 17,3% artıb.
1 iyul 2021-ci il tarixinə dövlət büdcəsinə vergi borcları 1 milyard 677,2 milyon manat həcmində qiyətləndirilir, bu da 1 iyul 2020-ci il tarixinə olan göstəricidən 10,1% və 2020-ci ilin sonuna olan göstəricidən 8,8% çoxdur.
Beləliklə, 2021-ci il iyulun əvvəlinə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi vergi ödəyicilərinin dövlət büdcəsinə vergi borclarının məbləğini 26,4% üstələyir.
Vergi borcları strukturunda 1 milyard 102,3 milyon manat (2020-ci il iyulun 1-nə olan göstərici ilə müqayisədə artım 5,7%) əsas borcun, 232,9 milyon manat – maliyyə sanksiyaları, 342 milyon manat cərimələrin payına düşüb. **
A.Əzizov