Azərbaycanda koronavirus infeksiyasına 1774 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 554,096 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1876 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər (ötən gün 22 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 372 nəfərə çatıb.
Virusa yoluxmuş 516,013 min nəfər (sutka ərzində +2365) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 711 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350 (ötən gün 8 615 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 321,217 min test aparılıb.**
X.Nəsirzadə