Növbəti həftə Rusiya şirkətləri biznes missiya ilə Azərbaycana səfər edəcəklər. Bu barədə RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyindən məlumat verilir.
“Bakıda şəhər infrastrukturu sahəsində fəaliyyət göstərən Rusiya şirkətlərinin Azərbaycana biznes missiyasına fəal hazırlıq işləri aparılır. Rusiya İxrac Mərkəzi və RF Sənaye və Ticarət Nazirliyinin təşkil edəcəyi tədbir 17-18 noyabr tarixlərində keçiriləcək”, - “İnterfaks-Azərbaycan” Ticarət Nümayəndəliyinə istinadən məlumat verir.
Missiyaya nəqliyyat, “Rəqəmsal şəhər” formatında yaşayış məntəqələrinin layihələndirilməsi və tikintisində, enerji və davamlı inkişaf, dəmir yolu və avtomobil texnikası, rels məhsullarının tədarükü, qabaqcıl rəqəmsal həllər sahəsində Azərbaycan bazarına çıxış əldə etməkdə maraqlı olan Rusiyadan 32 şirkətin rəhbərləri daxil olacaq.
Missiya çərçivəsində Azərbacandan potensial tərəfdaşlarla görüşlər keçiriləcək.
“Həmçinin, biznes missiya çərşivəsində Rusiya və Azərbaycan arasında ticari-iqtisadi investisiya əməkdalığının aktivləşməsi üzrə danışıqların aparılması və ikitərıfli görüşlərin keçirilməsi məqsədilə RF Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılıb”, - Ticarət Nazirliyindən vurğulanır. **
X.Nəsirzadə