Standard & Poor`s Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 4% səviyyəsində proqnozlaşdırır.
Bu proqnozlar S&P-nin saytında dərc olunmuş “Qafqaz və Mərkəzi Asiyanın iqtisadiyyatı: xammal və pul köçürmələri hesabına üclü bərpa fonunda COVİD-19 maneələrinin aradan qaldırılması” adlı məruzədə qeyd olunur.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, S&P 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını illik 2%, 2023-2024-cü illərdə - illik 1,5% səviyyəsində proqnozlaşdırır.
“Neftin qiymətinin əlverişli dinamikasını nəzərə alaraq, 2022-ci ildə, yəgin ki, daha tez zamanda Azərbaycanda ÜDM-in 2019-cu ilin göstəricisini üstələyəcək”, - agentlik vurğulayır.
S&P-nin qiymətləndirmələrinə əsasən, 2021-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji ehtiyatlarına yüksək qiymətdən udublar, lakin 2022-cildən etibarən enerji sektoru hesabına həmin ölkələrdə iqtisadi artım templəri azalacaq.
Agentlik 2022-ci ildə Brent markalı neftin bir barel qiymətini $65 səviyyəsində, 2023-cü ildə - $55 səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 5,1%, 2022-ci ildə - 39% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə COVİD-19 pandemiyası və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması səbəbindən Azərbaycanda ÜDM-in azalması 4,3% təşkil edib. **
A.Əzizov