Oktyabr ayının 25-dən başlayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə intensiv şəkildə monitorinqlərzamanı qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 633 min manata yaxın məbləğdə inzibati cərimə tətbiq edilib.
“Ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb. Vergi orqanı əməkdaşları tərəfindən 17,774 min təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2 261 pozuntu halı müəyyən edilib ki, bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 632,7 min manat məbləğində inzibati cərimə tətbiq edilib”, - DVX-dən məlumat verilir. **
B.Rüstəmbəyov