Azərbaycanda əhalinin 45%-i COVİd-19 koronavirus infeksiyası əleyhinə tam vaksinasiya olunub. Bu barədə baş nazir Əli Əsədov bəyan edib.
“Azərbaycan 18 yanar 2021-ci ildə koronavirusa qarşı vaksinasiyaya başlayıb. İndiyədək əhalinin 45%-i iki doza vaksin vurdurub. Ümumilikdə, yaşı 18-dən yuxarı əhalinin 60%-dən çoxu vaksinasiya olunub”, - Əsədov cümə günüMDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.
Baş nazir əlavə edib ki, Azərbaycanda əhalinin təqribən 5%-i COVİD-19 əleyhinə buster doza vaksin vurdurub.
Əsədov vurğulayıb ki, vaksinasiya zamanı əhali 4 vaksindən birini seçə bilər. **
B.Rüstəmbəyov