2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM 4,9% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6%, qeyri neft-qaz sektorunda isə 5,9% artıb.
2021-ci ilin 10 ayı ərzində ölkədə 71 milyard 589 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 40,8%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,7%-i tikinti,1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 milyard 148 manat təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 5,1% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.**
N.Abbasova