2021-ci ilin oktyabr ayında Azərbaycanda inflyasiya sentyabr ayında qeydə alınmış 1.8% səviyyəsində inflyasiyaya qarşı 1,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin oktyabr ayında respublikada inflyasiya 1,6% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb”, - Komitədən bildirilir.
Oktyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 5,7% (2021-ci ilin sentyabr ayının sonuna 5,2%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 6,7%, qeyri-ərzaq malları üzrə 4,6%, xidmətlər üzrə 5% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 2020-ci ildə qeydə alınmış 2,8%-ə qarşı 6% səviyyəsində proqnozlaşdırır.
AMB-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə orta illik inflyasiya 6,2-6,5% təşkil edəcək. **
N.Abbasova