2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye zonalarında 1.5 milyard manadan çox - ötən ilin eyni dövrü ilə müqayisədə 55,4% çox məhsul istehsal edilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook səhifəsində yazıb.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, nazirin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında sənaye zonalarındaistehsal olunan məhsulun ixrac həcmi 545 milyon manat təşkil edib (cari məzənnə ilə $320,6 milyon – İF), bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur.
“Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında 25,9% olub”, - Cabbarov vurğulayıb.
Nazirin məlumatına görə, ümumilikdə, indiyədək sənaye zonalarında 5 milyard manat məbləğində məhsul istehsal edilib,bunun 1,4 milyard manatlıq hissəsi və ya 28%-i ixrac olunub. **
N.Abbasova