2022-ci ildə İşsizlikdən Sığorta Fondunun kəsirsiz gəlir və xərcləri 180 milyon 375,536 min manat məbləğində proqnozlaşdırılır.
2021-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 157 milyon 769,146 min manat səviyyəsində təsdiq olunub.
Beləliklə, İSF-nin büdcəsi 14,3% artacaq.
Büdcəyə əsasən, Fondun gəlirləri aşağıdakı mənbələrdən formalaşacaq: büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta ayırmaları şəklində daxilolmalar (21 milyon 709,238 min manat), büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta ayırmaları şəklində daxilolmalar (21 milyon 709,238 min manat), qeyri-büdcə sektoru üzrə işçilərdən tutulan sığorta ayırmaları şəklində daxilolmalar (93 milyon 456,882 min manat), 2021-ci ilin sonuna Fondun istifadə edilməmiş vəsaiti (43 milyon 907,06 min manat) və sair mənbələr hesabına.
2022-ci ildə Fondun xərcləri aşağıdakı istiqamətlər üzrə olacaq: işsizliyə görə sığorta ödənişlər – 8,5 milyon manat, peşə hazırlığının təşkili və əlavə təhsil xərcləri - 9 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi – 2 milyon manat, əmək yarmarkalarının, əmək birjalarının təşkili xərcləri 1 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili xərcləri - 2,5 milyon manat.
Bundan əlavə, gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon 109,816 min manat, , məşğulluq orqanlarının saxlanılmasına 43 milyon 765,72 min manat, sosial sahədə əhaliyə xidmətin təşkili tədbirlərinin birgə maliyyələşdirilməsi xərcləri – 30 milyon manat təşkil edəcək.
O cümlədən, xərclər strukturunda sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat, peşə standartlarının hazırlanmasına 1 milyon manat, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə 1 milyon manat, digər aktiv məşğulluq tədbirlərinə 1 milyon manat nəzərdə tutulur. **
X.Nəsirzadə