"Sumqayıt Kimya Sənaye Parkı"MMC Ağdam Sənaye Parkının və Yevlax rayonu ərazisində yaradılacaq pilot aqroparkın fəaliyyətinin təşkili ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üzrə podratçı seçiminə yekun vurub.
Podratçının vəzifələrinə həmçinin Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar və 94,13 hektar ərazilərinin, Pirallahı Sənaye Parkının şəhərsalma əsaslandırılması layihələrinin hazırlanması daxildir.
www.tender.gov.az saytının məlumatına görə, "Azin Construction" MMC ilə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri – 965,599 min manatdır. **
B.Rüstəmbəyov