Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcək.
“Ermənistan gec və ya tezliklə anlayacaq ki, heç bir ölkəyə qarşı ərazi iddiaları fayda və hörmət gətirmir. Ümid edirəm ki, Ermənistan Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək, əks halda vəziyyətini daha da pisləşdirəcək”, Əliyev cümə günü İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, dövlət başçısı bəyan edib ki, Azərbaycan Türk Dünyasının güclənməsi üçün əlindəmn gələni edir.
Əliyev xatırladıb ki, 20-ci əsrin 20-ci illərində Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan faktiki olaraq bölünüb, Azərbaycan ərazisinin bir hissəsi Ermənistana verilib.
“Bununla da Türk Dünyası bölünüb və bu gün biz logistika layihələri hesabına Türk Dünyasını coğrafiyasını yenidən birləşdiririk”, - Əliyev qeyd edib.
Həmçinin, o bildirib ki, Qarabağ mühariobəsində Azərbaycanın qələbəsi regional mənada kommunikasiya və logistikanın inkişafı deməkdir və bu baxımdan Zəngəzur dəhlizinin açılması vacibdir.
“Bu (Zəngəzur dəhlizinin istifadəyə verilməsi - İF), bütün region üçün çox geniş imkanlar açacaq. Bu dəhliz yaxşı potensiala malikdir, Türk Dünyasının bütün dövlətlərini, bizi Avropa ilə birləşdirəcək. Bu mühüm layihədir”, - Azərbaycan prezidenti əlavə edib. **
N.Abbasova