“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) noyabrın 19-dan etibarən Bakıdan Almatıya və geri istiqamətdə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
“Bakı-Almatı marşrutu üzrə uçuşlar hər həftənin cümə günləri, geri istiqamətdə isə şənbə günləri “Airbus A319” hava gəmisində həyata keçiriləcək”, - şirkətin məlumatında deyilir.
Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Sərnişin Almatıdan Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. **
N.Abbasova