2021-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi daxilolmalarını 15,8% - 7 milyard 362,4 milyon manatadək artırıb.
Məlumata əsasən, hesabat dövründə vergi daxilolmaları üzrə proqnoz 122,4% səviyyəsində icra olunub.
Yanvar-sentyabr aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 73,1% olub. Vergi daxilolmalarının 26,9%-i neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 5 milyard 379,6 milyon manat (artım 12,9%) təşkil edib, proqnoz 115,9% icra olunub.
Neft-qaz sektoru üzrə daxilolmalar isə 1 milyard 980,4 milyon manat məbləğində olub.
2021-ci ilin yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 115,9 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artıb. İşsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% artaraq 107,3 milyon manat təşkil edib,
DVX-dən qeyd olunur ki, 2021-ci il noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı 654,465 min nəfər (2020-ci il noyabrın 1-nə olan göstərici ilə müqayisədə artım 6,2%), həmçinin ƏDV ödəyicilərinin sayı 33,7 min nəfərdir. **
B.Rüstəmbəyov