Azərbaycanda koronavirus infeksiyasına 2334 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 556,430 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1774 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər (ötən gün 30 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 397 nəfərə çatıb.
Virusa yoluxmuş 518 105 min nəfər (sutka ərzində +2092) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 928 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 193 (ötən gün 11 min 350 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 334 min 410 test aparılıb.**